Güləş Federasiyasının sabiq vitse-prezidenti vəfat etdi

Güləş Federasiyasının sabiq vitse-prezidenti vəfat etdi

Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov koronavirusdan dünyasını dəyişib.

Bu barədə məlumatı TASS-a açıqlamasında Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili bildirib.

Dağıstanlı mütəxəssis 68 yaşında dünyasını dəyişib. O, həyatının son günlərini xəstəxanada ağ ciyərləri süni nəfəs aparatına qoşulmuş vəziyyətdə keçirib.

Qeyd edək ki, Maqomed Əliömərov 2008-ci ildən 2017-ci ilin əvvəlinə qədər Azərbaycan Güləş Federasiyasında sərbəst güləş üzrə vitse-prezident işləyib.​ 2012-ci ildə isə o, qadınlardan ibarət Azərbaycan yığmasını London Olimpiadasına baş məşqçi kimi çıxarıb.