Konfrans Liqası: 1/4 finalın ilk oyunları başa çatdı

Konfrans Liqası: 1/4 finalın ilk oyunları başa çatdı

Futbol üzrə UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin daha 3 oyunu keçirilib.

Olimpnews.az xəbər verir ki, mərhələnin ilk oyununda İspaniyanın "Rayo Valyekano" klubu doğma azarkeşlər önündə Yunanıstanın AEK komandasına böyük hesabla qalib gəlib 3:0. Günün digər oyununda İngiltərənin "Kristal Pelas" klubu İtaliya təmsilçisi "Fiorentina"nı üç cavabsız qolla məğlub edib. Almaniyanın "Maynts" klubu isə doğma meydanda Fransa "Strasburq"una 2:0 hesabı ilə qalib gəlib. Gecənin digər oyununda isə "Şaxtyor" (Donetsk) klubu Niderlandın "AZ Alkmaar" klubunu üstələyib -0:3.

Qeyd edək ki, Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.