Olimpiya çempionu sürəti aşıb

Olimpiya çempionu sürəti aşıb

Norveçli xizəksürən Peter Nortuq Oslo Hava Limanı yaxınlığında polis tərəfindən dayandırılmasından iki saat yarım əvvəl gənc xizəkçilərin təlimində iştirak edib və özünü tamamilə adekvat aparıb.
Məlumata görə, ikiqat Olimpiya çempionu sürəti aşmaqda günahlandırılıb və daha sonra evində aparılan axtarış zamanı 10 qram kokain aşkar edilib. 34 yaşlı idmançının vəkilləri onun sükan arxasına keçməzdən əvvəl spirtli içki və narkotik maddələrdən istifadə etmədiyini bildiriblər. Lakin bunun doğru olub-olmaması yalnız qan testinin nəticəsindən sonra məlum olacaq.
P.Nortuqun təlimatçı qismində çıxış etdiyi idman məktəbinin rəhbərliyində isə onun vəziyyəti ilə bağlı heç bir narahatlıq yaranmayıb. Peter Nortuq idman məktəbini tərk etdikdən sonra təxminən iki saat ərzində 150 km məsafəni qət edib. Onun avtomobili avqustun 13-də polis tərəfindən dayandırılıb. Buna səbəb isə avtomobilin polis radarı saatda 110 km hərəkət etmək hüququna malik olan yolda saatda 168 km sürət ilə hərəkət etdiyini aşkar edib.