“Gimnastika hamı üçün” adlı vebinar keçiriləcək

 “Gimnastika hamı üçün” adlı vebinar keçiriləcək

Azərbaycan Gimnastika Federasiyasının (AGF) təşkilatçılığı ilə dekabrın 9-11-də ödənişsiz əsaslarla “Gimnastika hamı üçün” məlumat xarakterli vebinar keçiriləcək. Vebinar “Gimnastika hamı üçün” üzrə yığma komandanın baş məşqçisi Mariana Vasileva və məşqçisi Ruslan Eyvazov tərəfindən reallaşacaq.

Tədbirdə iştirakçılara “Gimnastika hamı üçün” haqda ümumi məlumat veriləcək və ölkə ərazisində onun inkişaf imkanları müzakirə olunacaq.

Vebinarda “Gimnastika hamı üçün” üzrə məşqçilik etmək arzusunda olan şəxslər iştirak edə bilərlər. İştirakçıların minimum yaş həddi 15-dir.