Velosipedçimiz Türkiyə klubuna keçdi

Velosipedçimiz Türkiyə klubuna keçdi

Azərbaycanın şose velosipedi üzrə elit yığma komandasının lideri, Tokio Yay Olimpiya Oyunlarında Azərbaycanın idman şərəfini qoruyacaq Elçin Əsədov Türkiyənin “Salcano Sakarya” kontinental klubuna keçib. Bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev məlumat verib. O bildirib ki, bununla bağlı qardaş ölkə təmsilçisi “Can Azerbaycan”dan kardeşimiz Elçin ASADOV yeni takımına hoş geldin” başlığı ilə sosial media hesablarında paylaşım edib. 2020-ci ili “Bahrain Cycling Academy” kontinental komandasının heyətində keçirən Elçin Əsədova Bəhreyn təmsilçisindən daha 1 illik müqavilə təklif edilsə də, idmançımızın Olimpiya Oyunlarına daha yaxşı hazırlıq şərtləri səbəbindən seçimi Türkiyə klubu olub.