Velosipedçimiz Qazaxıstanda mükafatçılar sırasında yer aldı

Velosipedçimiz Qazaxıstanda mükafatçılar sırasında yer aldı

Azərbaycan velosipedçisi Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb.

Bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib. 

Şose velosipedi üzrə U-23 yığmasının üzvü Qazaxıstanın Almatı şəhərində keçirilən "Road Race 2026" turnirində iştirak edib.

130 idmançının mübarizə apardığı yarışda təmsilçimiz 25 km-lik fərdi ötüşmə növündə bürünc medala sahib çıxıb.