Həsrət Cəfərov: "Milli Olimpiya Komitəsi medalımın yenilənməsi ilə bağlı müraciətimə məsuliyyətlə yanaşdı"

Həsrət Cəfərov: "Milli Olimpiya Komitəsi medalımın yenilənməsi ilə bağlı müraciətimə məsuliyyətlə yanaşdı"

“Olimpiya Oyunları idmanın zirvəsidir və hər bir idmançının ən böyük arzusu bu mötəbər yarışda medal qazanmaqdır". 

Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Yunan-Roma güləşçisi Həsrət Cəfərov jurnalistlərə müsahibəsində bildirib.

O, olimpiadada qazandığı medalla bağlı yaşanan problemdən danışarkən qeyd edib ki, Oyunlardan sonra medalda qüsur aşkarlanıb:

“Paris Olimpiadasından sonra medalımızda müəyyən aşılanmalar oldu. Bakıya qayıtdıqdan sonra bu məsələ ilə bağlı Milli Olimpiya Komitəsinə müraciət etdim. Dərhal müraciətimizə baxıldı və medal yenisi ilə əvəz olunması üçün geri göndərildi. Məsələyə operativ və məsuliyyətlə yanaşdığı üçün Milli Olimpiya Komitəsinin rəhbərliyinə minnətdarlığımı bildirirəm". 

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının mükafatçılarından taekvondoçu Qaşım Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medallarında müəyyən aşılanmalar olub və yenisi ilə əvəzlənib.