Şəhriyar Məmmədyarov Levon Aronyana qalib gəldi

Şəhriyar Məmmədyarov Levon Aronyana qalib gəldi

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin altıncı turunun partiyaları oynanılıb.
Günün ilk qarşılaşmasında şahmatçılarımız üz-üzə gəliblər. Qarşılaşmada heç-heçə qeydə alınıb. Sonrakı turda Ş.Məmmədyarov ermənistanlı Levon Aronyan ilə qarşılaşıb. Şahmatçımız prinsipial rəqibi üzərində qələbə qazanıb.
“The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Üç gün davam edəcək ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək.
“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.