Yüksək Liqada yarımfinal mərhələsinə start verilir

Yüksək Liqada yarımfinal mərhələsinə start verilir

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin oyunlarına start veriləcək.

Mərhələnin hər iki qarşılaşması eyni gündə keçiriləcək. Günün ilk oyunu "Gəncə" və "Turan" omandaları arasında olacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək oyun saat 16:00-da başlayacaq. Bu oyundan sonra - saat 18:00-da həmin arenada "Milli Aviasiya Akademiyası" və "DH Volley" komandaları üz-üzə gələcək. 

Bu komandalar arasında ikinci oyunlar aprelin 11-i və 13-də keçiriləcək.