Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarına start verilib.
Mərhələnin ilk oyun günündə iki qarşılaşma təşkil olunub. Gecənin maraqla gözlənilən oyunlarından biri Madriddə baş tutub. İspaniyanın "Real" klubu doğma azarkeşlər önündə "Bavariya"nı qəbul edib. Oyun qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Gecənin digər oyununda isə London "Arsenal"ı Lissabon səfərində Portuqaliyanın "Sportinq" klubunun qonağı olub.
Oyun İngiltərə təmsilçinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -0:1.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 14-15-də keçiriləcək.


