Qrossmeysterimiz ilk “üçlük”də yer alır

Qrossmeysterimiz ilk “üçlük”də yer alır

“Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin beşinci turunun oyunları keçirilib.
Rumıniyada keçirilən turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniya təmsilçisi Konstantin Lupuleskunu məğlub edərək, ilk qələbəsini qazanıb.
Teymur Rəcəbov isə Aleksandr Qrişuk (Rusiya) ilə heç-heçə edib.
Turun digər oyunlarında ABŞ təmsilçisi Fabiano Karuana niderlandlı Aniş Qiri, onun həmyerlisi Uesli So Rumıniyanın digər şahmatçısı Boqdan-Daniel Dyak, fransalı Maksim Vaşye-Laqrav erməni Levon Aronyan ilə heç-heçə ediblər.
Qeyd edək ki, Ş.Məmmədyarov 3 xalla turnir cədvəlində U.So və A.Qrişuk ilə birgə ilk üç yeri bölüşür. Ondan yarım xal geri qalan T.Rəcəbov isə 6-cı sıradadır.
Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.