Zəka sahibimiz “Masters” turnirində inamla irəliləyir

Zəka sahibimiz “Masters” turnirində inamla irəliləyir

Ənənəvi Praqa şahmat festivalının əsas yarışının – “Masters” turnirinin üçüncü turunun oyunları keçirilib. Azərbaycan şahmatçısı Nicat Abasov üçüncü turda qara fiqurlarla Polşanın ən güclü şahmatçısı Yan-Kşıştof Duda ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə başa çatıb. Turun digər oyunlarında polşalı digər şahmatçı Radoslav Voytaşek niderlandlı Jorden Van Forestlə, Çexiya təmsilçisi Tay Dan Van Nquyen isveçli Nils Qrandeliusla heç-heçə edib. ABŞ təmsilçisi Sem Şenkland isə Çexiyanın digər şahmatçısı David Navaranı məğlub edib.

Üç turun birini qələbə, ikisini heç-heçə ilə başa vuran N.Abasov 2 xalla ikinci yerdə qərarlaşıb.

Turnir 7 turdan ibarətdir.