Zəka sahibimiz dünya çempionu ilə üz-üzə

Zəka sahibimiz dünya çempionu ilə üz-üzə

Qadınlar arasında kiçik dünya çempionatı hesab olunan “FIDE Women Speedchess” onlayn şahmat superturniri keçirilir. Bu gün Azərbaycan şahmatçısı Gülnar Məmmədova da mübarizə aparacaq.
Dünyanın demək olar bütün güclü qadın şahmatçılarının iştirak etdikləri yarışın seçmə mərhələsini uğurla başa vuran Azərbaycanın son çempionu səkkizdəbir finalda dünya çempionu Yifan Hou ilə üz-üzə gələcək.
Qarşılaşmanın qalibi dörddəbir finalda hindistanlı Humpi Konerunu məğlub edən qazaxıstanlı Bibisara Assubayeva ilə üz-üzə gələcək.