Qrossmeysterimiz bu dəfə də mükafatçılar sırasından kənar qaldı

Qrossmeysterimiz bu dəfə də mükafatçılar sırasından kənar qaldı

Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da iştirak etdiyi nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsinə yekun vurulub. Qrossmeysterimiz ikinci mərhələnin blits turnirində yekun nəticəyə görə 9-cu yeri tutub. Turnirin qalibi ABŞ təmsilçisi Uesli So olub.

Qeyd edək ki, iyunun 18-20-də “Grand Chess Tour”un ikinci mərhələsinin rapid yarışlarında da Uesli So birinci yeri tutub. Həmin turnirdə isə şahmatçımız səkkizinci nəticəni göstərib.