İmperator açılış mərasiminə gələcək

İmperator açılış mərasiminə gələcək

Yaponiya imperatoru Naruhito Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək və tədbir zamanı nitq söyləmək niyyətindədir.
O, açılışdan bir gün öncə - iyulun 22-də Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Baxı ziyarət etmək istəyir. İyulun 23-də isə imperatorun xarici dövlətlərin rəhbərləri ilə görüşü nəzərdə tutulub.
Lakin Naruxito azarkeşlərlə bağlı qadağa səbəbindən yarışlarda tamaşaçı qismində iştirak etməyəcək.
Qeyd edək ki, olimpiada 23 iyul - 8 avqustda keçiriləcək.