Tokio-2020: Olimpiya çempionumuz ilk görüşdə məğlub oldu 

Tokio-2020: Olimpiya çempionumuz ilk görüşdə məğlub oldu 

Tokio-2020 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Sərbəst güləşçilərin mübarizəsində Azərbaycan idmançıları da qüvvələrini sınayırlar. Təmsilçilərimizdən London-2012-nin qızıl, Rio-2016-nın bürünc medalçısı Şərif Şərifov da bu gün xalça üzərinə çıxıb. 97 kq çəki dərəcəsində qüvvəsini sınayan pəhləvanımız 1/8 finalda Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayevlə qarşılaşıb. Təəssüf ki, güləşçimiz ilk görüşdə rəqibinə 0:5 hesabı ilə məğlub olub. Rusiyalı güləşçi  finala yüksələrsə Şərif Şərifov təsəlliverici görüşdə iştirak etmək hüququ qazanacaq.