“Vüqar Həşimov” komandası İspaniya yığması ilə heç-heçə edib

“Vüqar Həşimov” komandası İspaniya yığması ilə heç-heçə edib

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı keçirilir. Turnirin 4-cü turunun oyunları keçirilib. Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu 4-cü turda İspaniyanın “Silla” komandası ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə başa çatıb.

Qeyd edək ki, şahmatçımız Nicat Abasov rəqib komandanın heyətində yer alıb. Aktivində 5 xal olan komandamız 13-cü sırada qərarlaşıb.

Azərbaycanın digər qrossmeysteri Şəhriyar Məmmədyarov Makedoniyanın “Alkaloid” komandasının heyətində mübarizə aparır. Onun komandası isə bu turda Sloveniyanın “Maribor Poligram” yığmasını 5,5:0,5 hesabı ilə məğlub edib.

Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.