Basketbol Liqasında müntəzəm mövsümə yekun vurulur 

Basketbol Liqasında müntəzəm mövsümə yekun vurulur 

Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümə yekun vurulacaq.

X turun sonuncu oyununda "Sabah" "Abşeron Lions"la qarşılaşacaq.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

"Sabah" 37 xalla A qrupuna başçılıq edir. Rəqibindən bir xal az toplayan "Abşeron Lions" ikinci pillədə yer alıb.