Azərbaycan çempionatı başa çatdı

Azərbaycan çempionatı başa çatdı

Bakı İdman Sarayında keçirilən güləş üzrə U-20 Azərbaycan çempionatına yekun vurulub. Yarışın sonuncu günündə sərbəst güləş üzrə 74 kq, 79 kq, 86 kq, 92 kq, 97 kq və 125 kq çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gəlib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Namus Orucov (74 kq), Soslan Tigiyev (79 kq), Ruslan Çertkoyev (86 kq), Yusif Dursunov (92 kq), Məhəmmədrəsul Mutayev (97 kq) və Azay İsmayılov (125 kq) birinci yerə layiq görülüb.
Azərbaycan birinciliyi milli komandalara seçim xarakteri daşıyıb.