Güllə atıcılığı üzrə Bakı çempionatı keçirilib

Güllə atıcılığı üzrə Bakı çempionatı keçirilib

Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Bakı çempionatı təşkil olunub. 45 idmançının iştirak etdiyi pnevmatik tapançadan atəşaçma yarışlarında qadınlar arasında Nigar Nəsirova (566 xal) birinci yerə layiq görülüb. Kişilərin mübarizəsində isə Vladislav Kalmıkov (567 xal) birinci olub. Pnevmatik tüfəngdən atəşaçma yarışlarında isə İlahə İsmayılzadə (583,9 xal) və Ramiz Xəlilov (611,1 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.