Güllə atıcılığı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
Bu barədə Olimpnews.az-a Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Kişilər arasında 50 metr məsafəyə kiçik çaplı tapançadan atəş açma yarışında Rəsul Məmmədov qızıl, Hacı Musayev gümüş, Vladislav Kalmıkov bürünc medala sahib çıxıb.
Qadınlar arasında 25 metr məsafəyə kiçik çaplı tapançadan atəş açma yarışında Zeynəb Sultanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nilufər Səmədli ikinci, Sofiya Barxalova isə üçüncü yeri tutub. Kişilər arasında isə Ruslan Lunev qızıl, İmran Qarayev gümüş, Cəfər Sultanlı bürünc medal qazanıb.
50 m məsafəyə 3 vəziyyətdə tüfəng ilə atəş açma yarışında isə Nigar Ramazanova ən güclü olub. Əliməmməd Hüseynov ikinci, Üzeyir Tapdıqlı isə üçüncü yerin sahibi olub.
Azərbaycan çempionatının qalibləri müəyyənləşib
