Bu gün paytaxtımızda dünya çempionatına start veriləcək

Bu gün paytaxtımızda dünya çempionatına start veriləcək

Bu gün Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə dünya çempionatına start veriləcək. Dörd gün davam edəcək yarışda 17 ölkədən 170 gimnast mübarizə aparacaq. Gimnastlar qadın, kişi və qarışıq cütlüklər, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər. Yarışda ölkəmiz gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyevlə təmsil olunacaq. Gimnastlarımız  kişi cütlüklərin yarışında mübarizə aparacaq.