Dünya kuboku yarışlarında 3 medal

Dünya kuboku yarışlarında 3 medal

Polşanın Jeşuf şəhərində akrobatika gimnastikası üzrə dünya kuboku yarışları keçirilib. Yarışda yığma komandamızın üzvləri qarışıq hərəkətlər proqramında 2 qızıl və 1 gümüş medal əldə ediblər.
Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz qızıl, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz gümüş medal qazanıblar.
Qeyd edək ki, qadın qrupu və qarışıq cütlüyümüzün qazandığı nailiyyət akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarında əldə olunan ilk qızıl medaldır.