Bədii gimnastlarımız Konya-2021-də qızıl medal qazandılar

Bədii gimnastlarımız Konya-2021-də qızıl medal qazandılar

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Konya-2021-in çoxnövçülük yarışlarında qızıl medal qazanıb. Qrup hərəkətləri komandamızın 3 lent və 2 topla çıxışı 32,750, 5 halqa ilə proqramı isə 29,950 xalla qiymətləndirilib. İki çıxışın cəmində 62,700 xal toplayan qrup hərəkətləri komandamız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Özbəkistan 62,550 xalla gümüş, Qazaxıstan isə 53,750 xalla bürünc medala sahib olub.