Konya-2021-də növbəti gümüş medal

Konya-2021-də növbəti gümüş medal

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə yarışlar keçirilib. Azərbaycan yığmasının üzvləri Vladimir Dolmatov (təsnifat mərhələsi 1-ci yer) və Mədinə Mustafayeva (təsnifat mərhələsi 2-ci yer) fərdi proqram ilə yanaşı, qarışıq cütlük (təsnifat mərhələsi 2-ci yer) kateqoriyasında final mərhələsinə vəsiqə qazanıb. Azərbaycanın aerobika üzrə komandası gümüş medal qazanıb. Azərbaycan millisi göstərdiyi nəticə ilə ikinci yeri tutub.

Qeyd edək ki, mükafatlandırma sabah keçiriləcək.