Konya-2021-də növbəti medal

Konya-2021-də növbəti medal

Azərbaycan gimnastı Mədinə Mustafayeva V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə gümüş medal qazanıb. Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Mədinə Mustafayeva qadınlar arasında fərdi proqramda ikinci yeri tutub.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.