Konya-2021: Üzgüçülükdə ilk qızıl medal

Konya-2021: Üzgüçülükdə ilk qızıl medal

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb. Üzgüçümüz Ramil Vəlizadə finişə hamıdan tez çatıb. O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərərək birinciliyi əldə edib. Qeyd edək ki, bu, Azərbaycanın qazandığı 22-ci qızıl medaldır.