Masallıda üzgüçülük yarışı keçirilib

Masallıda üzgüçülük yarışı keçirilib

Masallıda uşaq, yeniyetmə və gənclər arasında üzgüçülük üzrə rayon turniri keçirilib.
Olimpnews.az xəbər verir ki, Olimpiya Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində baş tutan turnir  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 31-ci ildönümünə həsr olunub. 
Əsas məqsəd üzgüçülük idman növünü gənc nəslə sevdirmək, uşaqlarda üzgüçülüyə maraq yaratmaq, onları bu idman növü ilə mütəmadi məşğul olmağa təşviq etmək, həmçinin onların bacarıq və texniki imkanlarının inkişafına təkan verməkdən ibarət olub. Turnirdə qalib gələn idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunub.