Avropa kubokundan 6 medal 

Avropa kubokundan 6 medal 

Sloveniyanın Sele şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub. 23 ölkədən 250 cüdoçunun (170 oğlan, 80 qız) iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Komandamız yarışda 18 (13 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunub. Cüdoçularımız yarışı  3 qızıl,  2 gümüş və 1 bürünc medalla başa vurublar. Komandamıza qızıl medalları Rəşad Yelkiyev (60 kq), Tofiq Məmmədov (66 kq),  Rəşid Məmmədəliyev (73 kq) qazandırıb. Gümüş medallara isə Kənan İsmayılov (60 kq) və Nəriman Mirzəyev (73 kq) sahib olublar. Ruslan Paşayev (66 kq) isə üçüncü yeri tutub.