Azərbaycan Kubokunun qalibləri müəyyənləşib

Azərbaycan Kubokunun qalibləri müəyyənləşib

Güllə atıcılığı

Bugün, 11:49

Azərbaycan Atıcılıq Federasiyası (AAF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən stend atıcılığı üzrə ölkə kubokunun qalibləri müəyyənləşib.

Bu barədə Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar stend atıcılığının səngər və dairəvi növləri üzrə böyüklər və U-21 kateqoriyalarında qüvvələrini sınayıblar.

Ümumi kateqoriya Səngər stendində Ramil Rüstəmzadə, dairəvi stenddə isə Riqina Meftaxetdinova birinci olub. U-21 yaş qrupunda səngər stendində Mürtəza Novruzlu, dairəvi stenddə isə Məhəmməd Teyublu qızıl medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan Kuboku Bakı Atıcılıq Mərkəzində təşkil olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR