MPK-nın nümayəndə heyəti Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib

MPK-nın nümayəndə heyəti Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib 

Olimpiya dünyası

Bugün, 19:16

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində Avropa Paralimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilmiş Siyasət və İnkişaf Forumunda iştirak edib.
Foruma 23 ölkənin Milli Paralimpiya Komitələrinin nümayəndələri, eləcə də 40-a yaxın ölkədən beynəlxalq idman federasiyalarının, universitetlərin və vətəndaş cəmiyyəti təşkilatlarının rəsmiləri qatılıblar. Tədbir paraidmanın inkişafı sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma rolunu oynayıb. Forumda Milli Paralimpiya Komitəsini Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım və mətbuat katibi Fərid Qarazadə iştirak ediblər.
Üç gün davam edən forum çərçivəsində Avropada paraidmanın inkişaf perspektivləri, inklüziv siyasətlərin tətbiqi, təhsil proqramlarının rolu, idman təşkilatlarında səmərəli idarəetmə modelləri və beynəlxalq əməkdaşlıq imkanları geniş müzakirə olunub. Sessiyalar zamanı iştirakçılar müxtəlif ölkələrdə həyata keçirilən uğurlu layihələr və qabaqcıl təcrübələr barədə təqdimatlarla çıxış edərək fikir mübadiləsi aparıblar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR