Gimnastlar AGF-in yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yarışlarda iştirak edəcəklər 

Gimnastlar AGF-in yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yarışlarda iştirak edəcəklər 

Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş batut gimnastikası üzrə 6-cı paytaxt birinciliyi təşkil lunacaq. Noyabrın 6-da Bakı Olimpiya İdman Kompleksində keçiriləcək yarışda gimnastlar balacalar (2015-ci il), uşaqlar (2012-2014-cü illər), yeniyetmələr (2010-2011-ci illər), gənclər (2006-2009-cu illər) yaş kateqoriyalarında güclərini sınayacaqlar.
Yarışda “Ocaq Sport” klubu və Bakı Gimnastika Məktəbinin kişilər arasında 55, qadınlar arasında 46 idmançısı fərdi proqramda öz aralarında paytaxtın ən güclüsünü müəyyənləşdirəcəklər.
Qeyd edək ki, AGF-in yenidən qurulmasının 20 illiyinə həsr olunmuş silsilə yarışlar davam edir. Belə ki, gimnastlar noyabrın 25-dən 27-dək Milli Gimnastika Arenasında 1-ci beynəlxalq “Ocaq kuboku”, dekabrın 8-dən 11-dək isə Şəki şəhərində təşkil olunacaq yarışlarda mübarizə aparacaqlar.