Güllə atıcıları Bakı şəhər turnirində bir araya gəldilər

Güllə atıcıları Bakı şəhər turnirində bir araya gəldilər

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Atıcılıq Mərkəzində akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə XVI Bakı şəhər turniri keçirilib. Turnirdə müxtəlif idman klublarını və cəmiyyətlərini təmsil edən 28-i qadın olmaqla 67 idmançı mübarizə aparıb.

Yekun nəticəyə görə, qadınlar arasında Jalə Bayramova (DİN RSAİM, PT-3), Xanna Əliyeva (PTÇ-2, RSAİM), kişilər arasında Üzeyir Tapdıqlı (PT-4, RSAİM), Hacı Musayev (PTÇ-3, RSAİM), Rəhim Rəhimli (KÇTÇ-4, DİN İC), qarışıq yarışda Xanna Əliyeva və Hacı Musayev (PT-mix) birinci yerə layiq görülüblər.

Sonda qalib idmançılar mükafatlandırılıblar.