Veteran cüdoçular Azərbaycan çempionatında bir araya gələcəklər

Veteran cüdoçular Azərbaycan çempionatında bir araya gələcəklər

Bu gün Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində veteran cüdoçular arasında Azərbaycan çempionatına start veriləcək. Yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək. Çempionatda 100-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq. Ölkə çempionatının keçirilməsində əsas məqsəd usta cüdoçuların veteranlardan ibarət milli komandaya cəlb olunması ilə yanaşı, gənc nəsilə örnək olaraq sağlam həyat tərzinin təbliği, təcrübəli idmançıların bacarıqlarının reallaşdırılması və eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdir.

Yarışlar saat 10:00-da start götürəcək.