MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO

MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO

Mayın 31-də “Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi,  Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, müstəqil Azərbaycanın ilk Olimpiya çempionu Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd olunub.

Milli Olimpiya Komitəsinin inzibati binsasında təşkil olunan tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Olimpiya çempionları, federasiya və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Tədbir yubilyarın idmançı karyerasını əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Daha sonra ölkə xaricindən yaşayan idman mütəxəssislərimiz və MOK-un əməkdaşlarının təbriklərinin yer aldığı videoçarxlar nümayiş olunub.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Zemfira Meftaxetdinovanı təbrik edərək onun nəinki Azərbaycanda, bütün dünyada sevildiyini bildirib. MOK-un vitse-prezidenti həmçinin yubilyarın Beynəlxalq Olimpiya Komitəsi tərəfindən “Woman Sport” diplomu ilə mükafatlndırıldığını qeyd edib. Çingiz Hüseynzadə həmin mükafatı Zemfira Meftaxetdinovaya təqdim edib. Eyni zamanda, MOK trəfindən Z.Meftaxetdinovaya xüsusi hədiyyə təqdim olunub.

Gənclər və idman naziri Fərid Qayıbov isə çıxışında Zemfira Mehtaxetdinovanın Azərbaycanın ilk qadın Olimpiya çempionu olduğunu qeyd edərək deyib: “Belə bir təşəbbüsə görə, Milli Olimpiya Komitəsinə təşəkkürümü bildirirəm. Zemfira xanım haqda fərxlə danışmaq olar. Onunla son iki ildə daha yaxından tanış olmuşam. O, həm də çox yaxşı insandır. İnanıram ki, bu müsbət keyfiyyətlər ona bu nəticələri əldə etməyə kömək edir. O, ilk qadındır ki, müstəqil Azərbaycana Olimpiya qızılını gətirib. İstərdim ki, onun qızı da Olimpiya çempionu olsun. Bundan başqa Zemfira Meftaxetdinova Azərbaycan Milli Olimpiya Komitəsi tarixində vitse-prezident olmuş ilk xanımdır. Burada da geder bərabərliyinin gözlənildiyini görmək olar. Zemfira xanımı yubiley münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağığı arzu edirəm”.

MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev Zemfira Meftaxetdinovanı təbrik edərək onun idman nailiyyətlərini yüksək qiymətləndirib: “Düşünürəm ki, nizam-intizamlı, işinə məsuliyyətlə yanaşmaq idmançını daha yüksəklərə qaldırır. Zemfira xanım əldə etdiyi nailiyyətlərə görə hər birimizdən üstündür. İdmanda nizam-intizam qaydalarına riayət olunmasa yüksək nəticə əldə etmək olmaz. Bu mənada Zemfira xanımı fərqləndirmək olar. Onun çempion olması bu gün də bizim xatirəmizdədir. Bu qələbənin şahidi olduğumuz üçün çox şadıq”.

Olimpiya çempionu Namiq Abdullayev isə Zemfira Meftaxetdinovanın Sidney Olimpiadasındakı çıxışını xatırlayaraq onun qazandığı medalın komandamıza böyük ruh yüksəkliyi verdiyini qeyd edib: “Sidney Olimpiadası Azərbaycan idmanı üçün tarixi anlarla yadda qaldı. Zemfira xanım bu Oyunlarda qızıl medal qazanmaqla bütün idmançılarımıza ruh yüksəkliyi verdi. O, xoşbəxt insandır ki, həm ulu öndər Heydər Əliyev, həm də Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən mükafatlandrılıb”.

Olimpiya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru Fərid Mansurov isə çıxışında Zemfira xanımın  insani keyfiyyətlərindən danışıb.

Olimpiya çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli isə Zemfira xanımı federasiya rəhbərliyi adından yubiley münasibəti ilə təbrik edərək, onunla bağlı xatirələrini bölüşüb. Zemfira Meftaxetdinova ilə ilk dəfə Pekin-2008 Yay Olimpiya Oyunları zamanı tanış olduğunu deyən E.Məmmədli bu görüşün ona qızıl medal qazanmaq üçün bir motivasiya olduğunu vurğulayıb.    

Tədbirdə çıxış edən  Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Asif Əsgərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Əməkdar məşqçi İsmayıl İsmayılov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, veteran idmançılar Yaqub Məmmədov, Rafiq Hacıyev, stend atıcılığı üzrə məşqçi Nazim İbrahimov, Daxili İşlər Nazirliyinin əlbəyaxa döyüş növləri üzrə məşqçisi Rəsul Məmmədov yubilyarın keçdiyi şərəfli həyat yolundan söz açıb, ona fəaliyyətində yeni uğurlar arzulayıblar.

Sonda çıxış edən yubilyar tədbirin təşkilini özü üçün böyük hədiyyə adlandırıb. Həyəcanını və sevinc göz yaşlarını saxlaya bilməyən Z.Meftaxetdinova qazandığı nailiyyətlərə görə, məşqçilərinə minnətdarlığını bildirib: “Bu gün buraya toplaşanların hər birindən özümə qarşı ən xoş və səmimi ürək sözlərini eşitdim. Bu məni kövrəltdi. Kaş ki, burada mərhum məşqçim Hafiz Cəfərov da olardı. Yəqin ki, onun ruhu bizimlədir. O, bu anları görür və şad olur. İdmanda olduğum vaxtlarda heç vaxt özümü tək hiss etməmişəm. İndi də həmin insanların əksəriyyəti mənimlədir, əhatəmdədir. Mənim ünvanıma xoş sözlər söyləyirlər. Hiss edirəm ki, bu günə kimi hamının sevimlisi olmuşam. Fürsətdən istifadə edib, ölkə rəhbəriliyinə, Milli Olimpiya Komitəsinə, Azərbaycan Atıcılıq Federasiyasına, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinə və idman ictimaiyyətinin hər bir nümayəndəsinə öz minnətdarlığımı bildiririəm. Öz qiymətli vaxtını ayırıb, məni təbrik etmək üçün bu tədbirə toplaşanlara təşəkkür edirəm”. 

MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO