Asiman Qurbanlı: “Özümə həmişə ən yüksək nəticəni yaraşdırıram”

Asiman Qurbanlı: “Özümə həmişə ən yüksək nəticəni yaraşdırıram”

“Vətənə qızıl medalla qayıtmaq istəyirdim. Amma belə bir deyim var ki, idmançı fəxri kürsüdədirsə, deməli, güclüdür”.

Bu sözləri Polşada təşkil olunan III Avropa Oyunlarında bürünc medal qazanan Azərbaycan karateçisi Asiman Qurbanlı deyib.

“Özümə həmişə ən yüksək nəticəni yaraşdırıram. Çətin qrupda mübarizə apardım. Adlı-sanlı rəqiblərə qalib gələrək yarımfinala yüksəldim. Bu raundda üz-üzə gəldiyim xorvatiyalı Andelo Kvesiç 2019-cu il Avropa Oyunlarında döyüşdüyüm idmançı idi. Bir-birimizi dəfələrlə məğlub etmişik. İdmanda biri udur, digəri uduzur. Himnimizi səsləndirmək istəyirdim. Şükürlər olsun ki, medalçılardan biri də mən oldum. Qarşıdakı yarışlara daha böyük motivasiya ilə hazırlaşacağam.

İdmançı nə qədər bəhanə gətirirsə, mənə görə, bir o qədər zəifdir. Vaxt əleyhimə işləyirdisə, elə edə bilərdim ki, əksinə olsun. Bəhanə gətirib özümü kiminsə gözündə qaldırmağa dəyməz. Hər zaman qızıl medal üçün vuruşmaq lazımdır. Çünki qalibi heç kim mühakimə etmir. Medalın dəyəri hər zaman göz önündə olur", - deyə karateçi bildirib.