Futbol üzrə İspaniya Kral Kubokunun ilk finalçısı müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, "Kamp Nou" stadionunda keçirilən oyunda "Barselona" klubu Madrid "Atletiko"sunu qəbul edib. Oyun kataloniyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin "Atletiko" klubu ilk oyunda Madriddə qazandığı 4:0 hesablı qələbə hesabına finala yüksəlib.
Qeyd edək ki, digər finalçının adına bu gün keçiriləcək "Real Sosiedad" - "Atletik" komandalarının oyunundan sonra aydınlıq gələcək.
"Atletiko" Kral Kubokunun ilk finalçısı oldu


