Azərbaycan Kuboku: Bu gün 1/4 finalın cavab oyunları keçiriləcək 

Azərbaycan Kuboku: Bu gün 1/4 finalın cavab oyunları keçiriləcək 

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. 

Olimpews.az xəbər verir ki, günün yeganə matçı Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. "Zirə" klubu doğma meydanda "Sumqayıt"ı qonaq edəcək. 

Saat 19:00-da başlayacaq oyunun baş hakimi Elçin Məsiyev olacaq.

Qeyd edək ki, bu komandalar arasında keçirilən mərhələnin ilk oyunu qolsuz heç-heçə ilə yekunlaşıb.