Azərbaycan nümayəndə heyətinin missiya rəhbəri mükafatçılarla görüşüb - VİDEO

Azərbaycan nümayəndə heyətinin missiya rəhbəri mükafatçılarla görüşüb - VİDEO

Maribor-2023 Azərbaycan nümayəndə heyətinin missiya rəhbəri Vaqif Əliyev,XVII Avropa Gənclər Olimpiya Festivalından bürünc medal qazanan idmançılarımız Nihad Məmişov (-50 kq) və Ayxan Mirzəzadə (-55 kq) ilə görüşüb. Missiya rəhbəri idmançılarımızı qələbə münaibəti ilə təbrik edərək, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Cüdoçularımızın çıxışını yüksək qiymətləndirən Vaqif Əliyev növbəti yarış günlərində mübarizə aparacaq digər idmançılaımızın da medallar qazanacağına inandığını bildirib.

Qeyd edək ki, Azərbaycan komandası Maribor-2023-də 7 idman növündə 36 idmançı ilə təmsil olunur.