Cüdoçularımız Sarayevodan bir dəst medalla qayıdırlar

Cüdoçularımız Sarayevodan bir dəst medalla qayıdırlar

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə açıq Avropa turniri keçirilib. 30 ölkədən 238 (157 kişi, 81 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Komandamız turnirdə 21 cüdoçu ilə təmsil olunub. Yalnız kişilərin turnirində təmsil olunan komandamız turniri bir dəst medalla başa vurub. Cüdoçularımızdan Nəriman Mirzəyev (-73 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandamızın digər üzvlərindən İslam Rəhimov (-66 kq) ikinci, Ruslan Nəsirli (-100 kq) isə üçüncü yeri tutub.