Zəka sahiblərimiz Avropa çempionatında iştirak edəcəklər

Zəka sahiblərimiz Avropa çempionatında iştirak edəcəklər

Şahmat

Bugün, 11:35

Noyabrın 3-də Yunanıstanın İraklion şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatı start götürəcək.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmərindən Olimpnews.az-a verilən məlumata görə, qitə birinciliyində Azərbaycanı 40 şahmatçı təmsil edəcək.

Mötəbər yarışda yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş medalçısı Mehriban Əhmədli və bürünc mükafatçısı Məryəm Ağaverdiyeva da yer alıblar.

Ümumilikdə 49 ölkədən 1250 zəka sahibi 6 yaş kateqoriyasında medallar uğrunda yarışacaq.

Qeyd edək ki, şahmatçılarla yanaşı, yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Nicat Məmmədov, məşqçilər Fərid Abbasov, Elmar Atakişiyev və Orxan Abdulov, həmçinin nümayəndə heyətinin rəhbəri Raul Quliyev də Yunanıstana yollanıblar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR