Azərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır

Azərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır

Boks

Bugün, 11:00

Bakıda boks üzrə U-23 Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, noyabrın 12-dək davam edəcək toplanışda Azərbaycanla yanaşı, Türkiyə yığması da hazırlıq keçəcək.

Bakı Boks Mərkəzində təşkil olunan toplanışa 25-dək boksçu qatılıb. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Məşqlər Xorvatiyada təşkil olunacaq U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, Avropa çempionatı noyabrın 16-dan 24-dək keçiriləcək. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR