Azərbaycan komandası Dakar-2026-da ilk qızıl medalını qazandı

Azərbaycan komandası Dakar-2026-da ilk qızıl medalını qazandı

Gündəm

Bugün, 20:14

Azərbaycan komandası Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. 
Olimpnews.az xəbər verir ki, bu uğura Azərbaycan cüdoçusu İbrahim Talıbov nail olub. -55 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz finalda xorvatiyalı rəqibi Zvorc Yonaya qalib gələrək Azərbaycan komandasına Dakar-2026-nın ilk qızıl medalını qazandırıb. 
Xatırladaq ki, mübarizəyə 1/4 finaldan başlayan cüdoçumuz ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı mübarizədən kənarlaşdırmışdı. 
Noyabrın 13-dək davam edəcək Dakar-2026-da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR