Kikboksçularımız dünya çempionatında 13 medal qazandılar

Kikboksçularımız dünya çempionatında 13 medal qazandılar

Noyabrın 17-26-da Portuqaliyanın Albufeyra şəhərində kikboksinq üzrə dünya çempionatı keçirilib. 70 ölkədən 1369 idmançının iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Yarışda 13 medal qazanan idmançılarımız dünya çempionatında rekorda imza atıblar. Qazanılan medallardan 6-sı qızıl, 1-i gümüş, 6-sı isə bürünc mükafatdır. Təmsilçilərimizdən Sübhan Mamedov, Elvin Məmmədov, Amin Quliyev, Surət Qarayev qızıl medala sahib çıxıb. Veteranların yaş kateqoriyasında iştirak edən Eduard Məmmədov isə iki fərqli versiyada 2 qızıl medal qazanıb. Orxan Məlikov isə gümüş medalla kifayətlənib. Komandamızın digər üzvlərindən Elcan Alkişiyev, Rauf Gərayzadə, Fərid Ağamoğlanov, Allahverdi Dəmirov, Ramiz Məmmədov və Qəşəm Məmmədov bürünc medala yiyələniblər.

Federasiyanın prezidenti Orxan Əliyev və komandaya başçılıq edən I vitse-prezident Ramal Aslanov da dəstək üçün Portuqaliyada olublar.