Səudiyyə Ərəbistanı Baş Əyləncə İdarəsinin rəhbəri Turki Əl-Şeyx tərəfindən yaradılan yeni boks promouter şirkəti "Zuffa Boxing" keçircəyi ilk rəsmi tədbirinin tarixini açıqlayıb.
Olimpnews.az xəbər verir ki, məlumata görə, debüt kartı yanvarın 24-də Las-Veqasda "UFC Apex" arenasında keçiriləcək. Gecənin əsas döyüşü orta çəkidə irlandiyalı Kallum Ualş (15-0, 11 KO) və meksikalı Karlos Okampo (38-3, 26 KO) arasında olacaq.
Qeyd edək ki, 2025-ci ilin mart ayında elan edilən "Zuffa Boxing"in UFC modelinə uyğun olaraq mərkəzləşdirilmiş boks liqası keçirəcək.


