Stolüstü tennisçilərimiz Afrikaya yollanıblar

Stolüstü tennisçilərimiz Afrikaya yollanıblar

Stolüstü tennis üzrə seçmə komandamız daha bir beynəlxalq yarışda iştirak edəcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamız dünya seriyalı “WTT Youth Contender” turnirində mübarizə aparacaq. Əlcəzairin paytaxtı Əlcəzair şəhərində təşkil olunacaq yarışda komandamızın 8 idmançısı bacarığını nümayiş etdirəcək. Məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Xədicə Əbilzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Arzu Aslanova və Yağmur Məmmədli bu gün Afrikaya yollanıb. Sabah start veriləcək yarışa martın 2-də yekun vurulacaq.