Rusiyada onlara çölə çıxmamaq tapşırıldı

Rusiyada onlara çölə çıxmamaq tapşırıldı

Tacik diasporu Rusiyada yaşayan Tacikistan vətəndaşlarına axşamlar evlərini tərk etməməyi tövsiyə edib.

"Olimpnews.az" "Oxu24.com"a istinadla xəbər verir  ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.

“Tacikistan icmalarının rəhbərləri həmvətənlər üçün tövsiyələr hazırlayıblar: kütləvi tədbirlərdə iştirak etməmək və axşam işdən sonra evdən çıxmamaq”, - mesajda deyilir.

Bundan əlavə, bir sıra işəgötürənlər öz işçilərindən, Tacikistan vətəndaşlarından cari şəxsi məlumatları təqdim etməyi xahiş ediblər: tam adı, pasport məlumatları və yaşayış yeri haqqında məlumat.

Martın 25-də Moskvanın Basmannı məhkəməsi Crocus City Hall-a hücumla bağlı iş üzrə dörd müttəhimi iki ay müddətinə həbs edib. Onların dördü də 19-32 yaş arası Tacikistan vətəndaşıdır. Onlardan ən azı ikisi məhkəmədə günahını etiraf edib. Terror işi üzrə onları ömürlük həbs gözləyir.