"Dəmir Mayk" həmkarlarına mesaj göndərdi 

"Dəmir Mayk" həmkarlarına mesaj göndərdi 

Əfsanəvi boksçu Mayk Tayson bloger Ceyk Polla döyüşünə qarşı çıxan insanların şərhlərinə cavab verib. “Tezliklə 58 yaşım olacaq. Milyonlarla insan sadəcə, boks barədə danışır. Mənə qibtə edənlər də az deyil. Həmkarlarım ən yaxşı vaxtlarında da bir milyon tamaşaçı cəlb edə bilmədilər. Arenanı sata bilmədilər. 58 yaşında başqa kim 80 min yerlik arenanı sata bilər?” - Tayson "Fox"da çıxışı zamanı dedi.

Qeyd edək ki, Tayson karyerası ərzində 58 döyüş keçirib. 50 qələbə (44 nokautla) və altı məğlubiyyətlə yadda qalıb. Onun iştirakı ilə keçirilən iki döyüş etibarsız sayılıb.