Azərbaycan yunan-Roma güləşçiləri Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında uğurlu çıxış edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün milli komandamızın üzvlərindən üçü fəxri kürsüyə yüksəlib.
Təmsilçilərimizdən Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) bürünc medal qazanıblar.