Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin (BTİC İB) sərbəst güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17Avropa birinciliyində uğurla çıxış ediblər. İdman cəmiyyətinin pəhləvanları yarışda bir qızıl və bir gümüş medal qazanıblar. Qızıl medala 51 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd İsmayılov sahib çıxıb. Yalnız finalda məğlub olan Hüseyn İsmayılov (60 kq) isə gümüş medala layiq görülüb.
“Zenit”in pəhləvanları Avropa birinciliyində fərqləndilər